• 22 Yanvar 2022

Türkiyənin ilk milli kəşfiyyat gəmisi istifadəyə verilib

17:36 14/01/22 | Xarici Siyasət

Türkiyənin ilk kəşfiyyat gəmisi olan “TCG Ufuk” sınaq və təlim gəmisi bu gün istifadəyə verilib. Rəsmi mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

“Türkiyə Milli Müdafiə Sanayesi atdığı uğurlu addımlarla çirkli oyunları pozan ölkə oldu. Ölkəmizin bu uğurları son illər dünyanın dörd bir tərəfindəki xalqlar üçün ümid qaynağına çevrilib”, - Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə terrorla mübarizə və digər sahələrdə apardığı fəaliyyətinə görə milli müdafiə sənayəsinə borcludur.

Ərdoğan vurğulayıb ki, Türkiyə istehsalı olan silah-sursatı hər il daha çox ölkə alır və ölkənin cari ilin sonunda müdafiə və aerokosmik sahəsində ixracatı 4 milyard dolları keçəcək.

Qeyd edək ki, gəmi 2019-cu ildə inşa olunub.

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?