• 22 Yanvar 2022

Avrozona son 8 ildə ilk dəfə ticarət kəsiri ilə qarşılaşıb

18:21 14/01/22 | Dünya İqtisadiyyatı

Avrozonada beynəlxalq malların ticarət defisiti 2021-ci ilin noyabr ayında 1,5 mlrd. avro təşkil edib. Halbuki 2020-ci ilin noyabr ayındakı profisit qeydə alınmışdı. APA-nın məlumatına görə, bu barədə "Eurostat"ın açıqlamasında deyilir.

Bu, Avrozonada 2014-cü ilin yanvar ayından bəri qeydə alınan ilk ticarət kəsridir. Avrozonanın ixracı noyabr ayında 225,1 mlrd. avro təşkil edib ki, bu da illik ifadədə 14,4% çoxdur. İdxal 226,6 mlrd. avro təşkil edib.

Noyabrda Avrozonadaxili ticarət 204,3 mlrd. avroya yüksəlib, bu göstərici əvvəlki ilin eyni ayı ilə müqayisədə 22,1% çoxdur.

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?