• 22 Yanvar 2022

Ötən ildə azərbaycanlılar Türkiyədən neçə ev alıb?

20:05 14/01/22 | Maraqlı

2021-ci ildə Azərbaycan vətəndaşları Türkiyədən 1 517 daşınmaz əmlak alışı həyata keçirib. Oxu.Az-ın Türkiyənin Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, bu rəqəm 2020-ci illə müqayisədə 238 ədəd və ya 18,6 faiz çoxdur.

2021-ci ilin dekabr ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 192 daşınmaz əmlak alışı həyata keçirib. Bu, 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 37 ədəd və ya 23,9 faiz çoxdur.

Dekabr ayında və ümumilikdə 2021-ci il ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında xarici vətəndaşlar tərəfindən ümumi 7 930 daşınmaz əmlakın alışı həyata keçirilib. İl ərzində ümumilikdə xarici vətəndaşlar tərəfindən Türkiyədən 59 282 ədəd daşınmaz əmlak alınıb.

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?