• 22 Yanvar 2022

Çayla bağlı dövlət standartı təsdiq edilib

19:38 14/01/22 | İqtisadiyyat

Çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı sahəsindəki termin və tərifləri müəyyənləşdirən AZS 905:2021 “Çay və çay məhsulları. Terminlər və təriflər” adlı yeni dövlət standartı qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, standartın layihəsi “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AzStand) tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Layihəsi “Meyvəçilik, subtropik bitkilər və çayçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında təsdiq olunub.

Yeni standart ilə müəyyən olunan terminlər çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı istifadə ediləcək. Bununla yanaşı, qəbul olunan təriflərin bu sahədə olan bütün növ sənədləşmə və ədəbiyyatlarda işlənilməsi nəzərdə tutulub.

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?