• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

Növbəti Formula 1 üçün tikinti-quraşdırma işlərinə mart ayında başlanılacaq

16:00 03/12/19 | İdman

Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisi üçün Bakı şəhərində tikinti-quraşdırma işlərinə mart ayında başlanılacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

N.Arpadarai vurğulayıb ki, bilet satışı uğurla davam edir. Onun sözlərinə görə, yarışmaya maraq əvvəlkindən daha çoxdur və xaricdən bilet alanların sayında artım var.

O əlavə edib ki, gələn ilin yanvar ayının 15-ə qədər biletlərin endirimli satışı davam edəcək.

Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran Prisi 5-7 iyunda keçiriləcək.

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?