• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb

22:50 24/03/20 | İdman

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları təxirə salınıb. Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.

BOK prezidenti Tomas Baxla Yaponiyanın baş naziri Sindzo Abe arasında baş tutan telefon danışığı zamanı məsələ müzakirə olunub. Telekonfransda digər rəsmi nümayəndələrin fikri də dinlənilib. Abe görüşdən sonra koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən Olimpiadanı 2021-ci ilə təxirə salmaqla bağlı razılığa gəldiklərini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən bu cür qərar qəbul olunub. Tokio-2020-nin adı dəyişdirilməyəcək və yarış gələn ilin yayında baş tutacaq.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?