• 22 Oktyabr 2020

Milli həmrəylik tarixi Vətənin maraqlarından doğan zərurətdir

16:20 30/03/20 | Diaspora

Diasporumuzun əsas məramı Azərbaycan həqiqətlərini özünün gerçək dəyərində dünyaya təqdim etməkdir

Son dövrə qədər pərakəndə fəaliyyəti müşahidə edilən diasporumuz artıq dünyada kifayət qədər təşkilatlana bilib. Təbii ki, xaricdəki Azərbaycan diasporunun dövlətimizin yardımı ilə effektiv fəaliyyətə keçməsi ölkəmizin gücünə və iqtisadi potensialına öz töhfəsini vermiş ölacaq. Aparılan işlər, diaspor məsələri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi nikbinliyə əsas verir: Azərbaycan diasporu dünyanın ən güclü diasporlarından birinə çevriləcək...

Ukraynanın Dnepropetrovski vilayətində fəaliyyət göstərən Qoşqar Muxtarov da hesab edib ki, artıq müxtəlif ölkələrdə məskunlaşan diaspor təşkilatları mətbu orqanları vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verə bilir: «Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin xarici səfərlərinin proqramlarına azərbaycanlılarla görüşlərin daxil edilməsi, diaspor quruculuğu sahəsində mühüm qərarların qəbulu və onların icrası dünya azərbaycanlılarının mütəşəkkilliyini, siyasi-mənəvi inteqrasiyasını, ən nəhayət, təşkilatlanmasını sürətləndirmişdir. Bu gün xarici ölkələrdə məskunlaşmış yüzlərlə Azərbaycan ziyalısı, görkəmli elm, mədəniyyət xadimi yerli kütləvi informasiya vasitələrində Azərbaycanın haqq səsinin, müxtəlif sahələrdə qazandıqları uğurların, onun mədəniyyətinin, incəsənətinin, tarixinin, ədəbiyyatının və nəhayət, azərbaycançılıq ideyalarının dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirlər. Artıq müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları mətbu orqanları vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, eyni zamanda, soydaşlarımızın tarixi Vətən haqqında obyektiv və intensiv şəkildə məlumatlandırılmasına, diaspor quruculuğu işinin təbliğinə, həmvətənlərimizlə əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfələrini verməkdədir».

Q.Muxtarov bildirib ki, müstəqil Azərbaycan Respublikasının qazandığı uğurlar, təşkilatlanma prosesinə başlamış Azərbaycan diasporunun qarşısında mühüm vəzifələr qoyur: «Ümummilli liderimiz Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli qayələrimiz ətrafında sıx birliyin yaranması və lobbi quruculuğu zərurətini, eyni zamanda, türk xalqlarının birgə diaspor təşkilatlarının və lobbisinin formalaşması fikrini siyasi gündəmə gətirmişdir. Bu gün məhz onun müəyyənləşdirdiyi uğurlu kursun sayəsində Azərbaycan xaricdə lobbi quruculuğu istiqamətində mühüm addımlar atır. Xalqımızın mənəvi birliyi, azərbaycançılıq ideyası dünya azərbaycanlılarının Bakıda keçirilən I, II, III və IV qurultaylarında öz parlaq təcəssümünü tapmışdır. Qeyd etmək lazımdır ki, Ukrayna-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu sahədə son illər Prezident İlham Əliyevin səyi nəticəsində uğurlu nailiyyətlərə imza atılmışdır. Dost Ukraynada 500 minə yaxın soydaşımız yaşayır. Fəxrlə demək olar ki, Kiyev şəhərində bir neçə il öncə ulu öndər Heydər Əliyevin əzəmətli heykəli ucaldılmışdır. Həmçinin Müslüm Maqomayevin büstünün açılışı, keçən il Kiyevdə Azərbaycan Ticarət Mərkəzinin istifadəyə verilməsi Ukrayna-Azərbaycan dostluğunun bariz nümunəsidir».
Q.Muxtarov qeyd edib ki, bu gün Dnepropetrovski vilayətində milli diasporumuz təşəkkül tapıb və mütəşəkkil qüvvəyə çevrilə bilib: «Şəxsən mən Dünya Azərbaycanlılarının Bakıda keçirilən II, III və IV qurultaylarının iştirakçısı olmuşam. Vurğulamaq lazımdır ki, yaşadığımız ölkədə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Mart qırğını ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Bu mərasimlərdə ermənilərin vəhşiliyini əks etdirən kitab və jurnallar, filmlər nümayiş etdirilir.
Qeyd etmək lazımdır ki, diaspor fəallarının iştirakı ilə milli bayramlarımız çox yüksək səviyyədə həyata keçirilir».

Belarusdakı Azərbaycan Ticarət Evinin təsisçisi Vasif İsmayılov da hesab edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi 1993-cü ilin iyun ayında tarixi zərurət və xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin ictimai həyatının bütün sahələrində, o cümlədən dünya azərbaycanlıları ilə əməkdaşlıq istiqamətində keyfiyyət və mahiyyətcə yeni mərhələ qədəm qoyub: «Müstəqil Azərbaycan Respublikasının qurucusu ulu öndər Heydər Əliyev çoxşaxəli fəaliyyətində daha bir tarixi missiyanı-dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını öz üzərinə götürmüş və böyük uğurla həyata keçirmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zəruriliyini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də ümummilli lider Heydər Əliyev mühüm sərəncam imzalamış və bu sərəncam möhtəşəm ideologiyanın gerçəklənməsinə istiqamətlənmişdir. 2001-ci ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. Yüksək səviyyədə keçirilən bu mötəbər məclisə soydaşlarımız böyük həvəslə gəlmiş, tarixi Vətən qarşısında hesabatlarla çıxış etmişlər. Bu qurultay dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaradılması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir. Qurultayda ulu öndər Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini adət-ənənələrini yaşatmalıyıq”.

Vurğulamaq lazımdır ki, Dünya Azərbaycanlılarının Bakıda keçirilən I, II, III, və IV qurultaylarından sonra soydaşlarımız mütəşəkkil qüvvəyə çevrilmiş və vahid ideya ətrafında birləşmişlər. Prezident İlham Əliyevin səyi nəticəsində diaspor quruculuğu sahəsində uğurlu işlərə imza atılır, Azərbaycan diasporu mütəşəkkil qüvvəyə çevrilir».
V.İsmayılov əlavə edib ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Belarusda da milli diasporumuzun təşəbbüsü ilə təqdirəlayiq işlər həyata keçirilir. Milli bayramlarımız təntənə ilə qeyd olunur. Həmçinin, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Mart qırğını ilə bağlı anım tədbirləri keçirilir».

Təbii ki, azərbaycançılıq yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün dünya azərbaycanlılarının milli-mənəvi maraqlarını ifadə edən məfkurə kimi xalqımız tərəfindən qəbul olunmuşdur. Bu məfkurənin daşıyıcısı olan azərbaycanlıların harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, tarixi Vətəni olan Azərbaycan Respublikasını düşünür, onun təəssübünü çəkir, nüfuzunu uca tutur. Fəxrlə demək olar ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideyası olan azərbaycançılıq məfkurəsi, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi prosesi başlanmışdır.

Bilman ALLAHVERDİYEV

Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?