• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

ÜST Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb

20:50 04/08/20 | Dünya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb.

BBC-nin verdiyi xəbərə görə, bu barədə ÜST-ün sözçüsü Kristian Lindmeyer bildirib.

ÜST rəsmisi deyib ki, Rusiya COVID-19 əleyhinə peyvənd istehsal edərkən beynəlxalq qaydalara əməl etməlidir.

"Bəzən tədqiqatçılar fərdi şəkildə nəsə tapdıqlarını iddia edirlər hansı ki bu özlüyündə böyük xəbərdir lakin peyvənd tapmaq və ya peyvəndin effektiv ola biləcəyinə dair hər hansı bir ip ucu tapmaq və bütün bu mərhələlərdən keçmək arasında böyük fərq var", - deyə ÜST sözçüsü qeyd edib.

Xatırladaq ki, ötən həftə Rusiya hökuməti payızda kütləvi peyvənd vurulmasına hazırlaşdığını bəyan edib.

Qeyd edək ki, Rusiya peyvəndi üç kliniki sınaq mərhələsinə keçmiş ÜST-ün təsdiqlədiyi altı peyvənd siyahısına daxil deyil.

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?