• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

“Tariximizin qəhrəmanlıq imzası”

12:38 06/08/20 | Sosial

Respublika Gənclər Kitabxanası Milli Qəhrəman
Mübariz İbrahimov haqqında virtual sərgi hazırlayıb

Azərbaycan Respublikasını ən yüksək fərqlənmə dərəcəsi "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adıdır. Bu ad ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Qarabağ savaşı yüzlərlə Milli Qəhrəman yetirmişdir ki, Azərbaycanın cəsur oğul və qızları illərlə Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparmışlar.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fəaliyyət göstərdiyi uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna xüsusi diqqət ayırmış, bu sahədə gəncləri maarifləndirməyi ən mühüm vəzifəsi hesab etmişdir. Bu məqsədlə kitabxananın sosial şəbəkələrində Fəxrəddin Cəbrayılov, Şükür Həmidov, Salatın Əsgərova, Albert Aqanurov, Fərid Əhmədov, Yuriy Kovolyov, Şahlar Şükürov, Aqil Məmmədov və başqaları haqqında video çarxlar hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim etmişlər.

Kitabxana Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, 2010-cu ildə Azərbaycanda "İlin adamı" elan edilən xalqımızın igid oğlu Mübariz İbrahimov haqqında da virtual kitab sərgisi hazırlamışdır. Virtual sərgi kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyi “Tariximizin qəhrəmanlıq imzası” layihəsi çərçivəsində hazırlanmışdır.

Virtual kitab sərgisində Mübariz İbrahimovun həyatı, döyüş yolu, qəhrəmancasına həlak olması, hətta səngərdən ailəsinə yazdığı məktub belə öz əksini tapmışdır. Bundan əlavə Azərbaycanın qəhrəman oğlu haqqında qələmə alınan 15-dən çox kitab da sərgidə yer almışdır. İzləyicilər burada A. Həsənli, E. Xəzər, N. Həsənzadə, E.Elatlı, B. Sadıqov. A. Alıqızı və b. kimi müəlliflərin kitabları ilə tanış ola bilərlər.

Gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldəlməsinə, izləyicilərimizi Azərbaycanın Milli qəhrəmanı haqqında məlumatlandırmağa yönəldilmiş bu virtual kitab sərgisi qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplamışdır.

Tofiq SEYİDOV

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?