• 25 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8692 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2984

Günəş şüaları COVID-19-u 99.9 faiz məhv edir 

13:00 06/08/20 | Sosial

Elmi araşdırma: Günəş altında və açıq havada olmaq
koronavirusla mübarizədə effektiv vasitələrdən biridir

İtaliyanın Milan Universitetinin professoru Mario Kleriçi günəş şüalarının COVID-19 virusunu 99.9 faiz deaktiv etməsi barədə açıqlama verib. Onun bu açıqlamasına İtaliya Astrofizika İnstitutunun tədqiqatçıları da dəstəkləyib.

Alimlərin apardıqları araşdırmalarda günəş altında və açıq havada olmaq koronavirusla mübarizədə effektiv vasitələrdən biridir. Alimlər Milan Universitetinin fiziopatologiya və cərrahi transplantasiya şöbələrində birgə fəaliyyət zamanı məhz günəşin yaydığı ultrabənovşəyi şüaların insan orqanizmində koronavirusla mübarizəsini tədqiq ediblər.

İlk olaraq bu qənaətə məhz Milan Universitetinin baş immunoloqu Mario Kleriçi gəlib. O, tədqiqatlarında bu məsələni geniş izah edib və vurğulayıb ki, özü də bundan təəccüblənib.

Aparılan tədqiqatlarda COVID-19 virusu yoluxdurulmuş su zərrəciklərinin (bu zərrəciklər xəstə insanların tüpürcəyindən götürülüb) C tipli ultrabənövşəyi lampa altında saxlanması zamanı onların 99.9 faiz zərərsizləşdirdiyi müşahidə olunub. Təbii ki, belə üsulla insanı müalicə etmək hələlik mümkün deyil. Lakin məhz bu lampalarla bağlı məkanları və hovuzları dezinfeksiya etmək olar.

Bəs onda Hindistan və Banqladeş kimi isti və günəşi bol olan ölkələrdə niyə bu virus yayılmaqdadır sualına, Mario Kleriçi belə izah verib ki, orada mütəmadi yağan yağışlar günəş şüalarını bloklayır və bununla da dezinfeksiyaya mane olur.

Koronavirus epidemiyasının ikinci dalğası olacaqmı sualına isə alim belə cavab verib: “Bəli, lakin o daha zəif formada təzahür edəcək. Çünki aktiv yay günləri, dəniz və bol təmiz havadan sonra koronavirus daha az təsir edəcək. Belə ki, bütün viruslar insan orqanizminə adaptasiya olunmaq xüsusiyyətinə malikdirlər. Mənim bu fikrimlə dünyada bir çox virusoloq və epidemioloq alimlər də razılaşıblar”.

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?