• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

Qrip və zökəm zamanı çoxlu sayda dərman içmək yanlışdır

14:00 06/08/20 | Sosial

Temperaturlu bədəni yalnız su ilə silməklə qızdırmanı salmaq olar

Qrip, soyuqdəymə zamanı uzun illərdir tətbiq edilən ənənəvi müalicə üsulları, xalq təbabəti metodları rədd olunur. Rusiyadan olan mütəxəssislər mövcud olan mifləri təkzib edən fikirlər səsləndiriblər.
Mütəxəssislərə görə, qrip və soyuqdəymə zamanı dərhal antibiotik müalicəsinə başlanması əsas yanlışdır. Antibiotik müalicəsinə həkim tərəfindən qərar verilməlidir. Əks təqdirdə, xəstədə antibiotiklərə qarşı davamlılıq yaranar, eləcə də müqavimət azala bilər.
Eləcə də qrip, zökəm zamanı çoxlu sayda dərman içmək yanlış hesab olunur. Çoxlu sayda, müxtəlif dərmanlar qripi müalicə etsə də, digər orqanlar üçün ziyanlıdır.
Viruslara yoluxan şəxsin gəzməsi, yəni xəstəliyi ayaqüstə keçirməsi yol verilən növbəti yanlış sayılır. Bildirilir ki, bu, həm xəstə, həm də başqaları üçün təhlükəlidir. Ən azı nəzərə almaq lazımdır ki, asqıran zaman viruslar 10 metr ətrafa yayılır.
Soyuqlayan şəxsin corablarına xardal tozu tökmək əhali arasında çox geniş yayılan müalicə metodu sayılsa da, həkimlər hesab edir ki, bunun ziyandan başqa təsiri yoxdur. Bu halda ayaqda yanıq əmələ gələ bilər, çünki xardal tozunun dəri ilə təması nəticəsində kimyəvi maddə yaranır.
Xəstənin otağının isti etmək də yol verilən yanlışlardan biridir. Əksinə otaqda təmiz havanın olması lazımdır. Bundan əlavə, xəstə şəxsin qalın paltar geyinməsi, ədyala bükülməsi də düzgün deyil. Ona görə ki, bu, temperaturun enməsi əvəzinə qalxmasına səbəb olur.
Daha bir mif xəstəni sirkə və ya araqla ovuşdurmaq sayılır. Bu cür spirtli kompreslər, xüsusən də uşaqlar üçün faydalı deyil. Temperaturlu bədəni yalnız su ilə silməklə qızdırmanı salmaq olar.
Eləcə də mütəxəssislər hesab edir ki, uzun illərin ən məşhur müalicə metodu sayılan bankalanmaq da əsassızdır. Bankalar yalnız qanaxma yaradar, dəriyə xəsarət yetirər, ağrı verər, amma sağaltmaz.
Digər mif, qrip, soyuqdəymə zamanı balın istifadəsi ilə əlaqəlidir. Bal yalnız bir qaşıq yeyəndə faydalı ola bilər, ona çaya qarışdırıb içmək əhəmiyyətsiz sayılır.
Təkzib olunan digər müalicə metodu kartoflu su ilə inqalyasiyadır. Bildirilir ki, onun da hər hansı faydası yoxdur. Ümumiyyətlə, buxarla müalicə nəticəsiz metoddur. Mütəxəssislərə görə, bunun əvəzinə selikli qişanı, üzü yandırmayan, dərmanla müalicə edən müasir inqalyatorlardan istifadə etmək daha faydalı olar.
Və əksəriyyətin qrip, zökəm zamanı istifadə etdiyi sarımsaqla müalicə də faydasız sayılır. Bildirilir ki, sarımsaq yeməklə viruslar məhv olmur, qrip sağalmır...

BƏXTİYAR

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?