• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

5 əsas qaydanı bil və onları cəlb et

07:00 07/08/20 | Maraqlı

Qayda 1. Özünə qulluq et
Gözəl olmaq o qədər də vacib deyil, əsas odur ki,özünə qulluq etməyi bacarasan. Bütün dövrlərdə kişilər seçim zamanı özünü sevən və enerjili xanımlara üstünlük veriblər. Kişilər səliqəli qadınları sevirlər, çünki bilirlər ki, belə xanımlar həmişə gözəl görünməyə çalışacaqlar. Düzdür, xanımlar hərdən bezib, gileylənir, ” məni olduğum kimi qəbul etmirsə, öz problemidir” deyib əsəbiləşirlər. Hər bir kişi qadında gözəlliyi və xanımlığı sevir. Odur ki, vaxtınız olmasa belə yüngülvari makiyaj, məsələn, rənginizə düşən dodaq boyası və ya gözlərinizi cəlbedici göstərən göz qələmindən istifadə etsəniz yerinə düşər.

Qayda 2. Naz etmək ikinci qaydadır.
Kişilər naz edən qadınları sevirlər. Bir şərtlə naz çərçivəsində olsun, onları bezdirməsin. Bəzən kişilər rədd cavabı almaqdan qorxurlar, amma xanımların ədasını görəndə bir növ razılıq əlaməti kimi qəbul edib onlara yaxınlaşmaqda daha cəsarətli olurlar. Naz, qəmzə, buzu əridir, münasibətlərə istilik gətirir.

Qayda 3. Bu da qayda 3
Kişilər üçün arzuolunan qadın olmaq istəyirsən? Onda bu bölümü diqqətlə oxu. Kişilərlə mehriban davran. Onlara təcavüzkar kimi baxsan, tezliklə bunu hiss edəcəklər. Qadınların müzakirə etdiyi əsas mövzulardan biri də kişilərin vəfasızlığıdır. Təbii ki, belə nifrət dolu söhbətlərdən sonra xanımların əks cins nümayəndələri ilə görüşə getməklərininin sonunu təsəvvür etmək elə də çətin deyil…
Bəzən qadınların inamsızlığı sonda onların tənha qalmalarına gətirib çıxarır. Ona görə də görürsə getməzdən əvvəl daha nikbin düşün. Məsələn: kişilər və qadınlar arasında hansı fərqlər var…
Bu fikirlər münasibətlərin daha səmimi, isti, ən əsası sənin arzuolunan və əsrarəngiz görünmənə gətirib çıxaracaq.

Qayda 4. Dinləməyi bacar
Dinləməyi qiymətlənir. Əgər hələ də bu üsuldan istifadə etməmisənsə, bir dəfə sına. Nəticəni özün görəcəksən.Sevdiyin kişinin dediklərinə diqqətlə qulaq as, sonra mövzu barədə sual ver, inandır ki, onun danışdıqları doğrudan da sənin üçün maraqlıdır. O cümlədən həmsöhbətinin danışıq tempinə fikir ver: asta danışırsa,sən də danışanda tələsmə, fikirlərini sürətlə çatdırmağa çalışırsa, sən də danışıq tempini artır. Toyda, ad günlərində, banket və təqdimat mərasimində elə xanımlara rast gəlirik ki, xarici görkəmi o qədər də gözəl deyil, ancaq kişilər ondan gözünü çəkmir. Belə qadınlar əks cinsin nümayəndələrinin diqqətini necə cəlb edirlər ? İmicmeykerlər xarici görkəm barədə unutmağı müasir cəmiyyətdə diqqət mərkəzində olmaq üçün davranış qaydalarına əməl etməyi məsləhət görürlər. Onların məsləhətlərinə əməl edənlər uduzmayacaqlarına tam əmin ola bilərlər. Deməli, bundan sonra saatlarla güzgünün qarşısında oturmağa ehtiyac yoxdur, sadəcə təfəkkürü dəyişmək yetər.

Qayda 5. Əla qiymətini almaq istəyənlər. Beşinci qaydanı sınayanlar bu vaxta qədər peşman olmayıblar. Kişilərin diqqətini qazanmaq istəyən xanımlar bunu bir daha sınasalar heç də pis olmaz. Sadəcə olaraq, tərəf- müqabilinin hərəkətlərini təkrar et. Amma hiss etdirmək şərtilə. Məsələn, əgər o, əlini çənəsinə qoyubsa, bir neçə dəqiqədən sonra təkrar et və s. Bununla sən onunla necə oxşar olduğunu göstərəcəksən. Həm də bu üsul yeni qurulan münasibətlərə kömək edəcək. Sonra bu üsul lazım olmayacaq, çünki bir-birinizi yaxından tanıyacaqsınız.

Aynur Ələkbərova

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?