• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

Azərbaycanda ötən həftə koronavirusdan 4429 nəfər sağalıb

09:30 07/08/20 | Sosial

Azərbaycanda ötən həftə - iyulun 27-dən avqustun 2-dək yeni növ koronavirus (COVID-19) infeksiyasından 4429 nəfər sağalıb, 2393 yoluxma faktı qeydə alınıb.

Azadaz koronavirusinfo.az saytına istinadla xəbər verir ki, indiyədək ən çox sağalma halı məhz ötən həftə qeydə alınıb. Son iki ay ərzində isə həftələr arasında ən az yoluxma halına görə ikinci ən yaxşı göstərici iyulun 27-dən avqustun 2-dək olan həftənin payına düşür. Belə ki, iyundan etibarən ən az yoluxma halı iyunun 1-dən 7-dək olan həftədə müşahidə olunub: 2059 yoluxma.

Bununla yanaşı, ölkəmizdə iyulun 27-dən avqustun 2-dək koronavirusdan 45 nəfər həyatını itirib. Bu say təxminən son bir ay ərzində həftələr arasında qeydə alınan ən az ölüm göstəricisidir.

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?