• 25 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8692 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2984

Putin Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçdiyini elan edib

14:00 11/08/20 | Dünya

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, COVID-19 infeksiyasına qarşı ilk peyvəndin Rusiyada qeydiyyatdan keçdiyini bəyan edib.

“Bildiyim qədər bu gün səhər dünyada ilk dəfə yeni növ koronavirus infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib”, - deyə Rusiya Prezidenti hökumət üzvləri ilə keçirdiyi iclasda qeyd edib.

V. Putin Səhiyyə naziri Mixail Muraşkodan bu haqda ətraflı məlumat verməyi də xahiş edib: “Bilirəm ki, peyvənd olduqca effektiv təsir göstərir, dayanıqlı immunitet formalaşdırır. Təkrar edirəm ki, bu peyvənd bütün lazımi yoxlamalardan keçib”.

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?