• 3 Dekabr 2020

Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığına dair hesabat hazırlanıb

13:14 21/08/20 | Diaspora

ABŞ-ın Los-Anceles şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən nifrət cinayətin araşdırılması məqsədi ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin, "MG Consulting" şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının təşəbbüsü ilə yaradılan beynəlxalq işçi qrupunun hesabatı hazırlanıb.

Azadaz.com-un məlumatına görə, hesabatda 11 şahidin ifadələri yer alır.

Bildirilib ki, hesabatın hazırlanmasında şahid ifadələri, yüzlərlə foto və video görüntülər təhlil edilib: “Aksiyada 3000-5000 arası erməni iştirak etdiyi halda azərbaycanlıların sayı 60 nəfərdən çox olmayıb. Mitinq sakit başlasa da, sonradan təhlükəli hal alıb və azərbaycanlılar mitinq olan meydanı tərk etmək istəyərkən, ermənilər onları binaların arasında, dar keçidlərdə yaxalayaraq, təzyiq göstəriblər. Hücum zamanı müxtəlif alətlərdən istifadə edilib”.

Hesabatda qeyd olunub ki, hadisə zamanı ümumilikdə 15-20 azərbaycanlı döyülüb, onlardan 7 nəfərinin xəsarəti daha ağır olub: “Hücum zamanı bir neçə azərbaycanlının əmlakına zərər dəyib. Ermənilər Azərbaycan bayrağına qarşı təhqiramiz münasibət göstəriblər, azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədiblər. Eyni zamanda, mitinqdə ASALA terror təşkilatının emblemi olan köynək geyinmiş adamlar da olub”.

Hesabatda bir neçə məhkəmə təcrübəsi nümunə gətirilib. 

Hesabatın məqsədi ABŞ məhkəməsinin mövcud cinayətə hüquqi qiymət verməsini təmin etməkdən ibarətdir.

Gələcəkdə də bu cür nifrət cinayətlərinin qarşısının alınması məqsədi ilə hesabat təkcə ABŞ dövlətinə deyil, dünyanın bütün dövlətlərinə və onların Xarici İşlər nazirliklərinə göndəriləcək.

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?