• 25 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8692 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2984

Hazırda metroda sosial məsafənin gözlənilməsinə ciddi nəzarət edilir - Metropoliten

11:33 14/09/20 | Gündəm

Hazırda metronun stansiyalarında sosial məsafənin gözlənilməsinə ciddi nəzarət edilir.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, səhər saatlarından indiyədək sərnişin axınını nəzərə alsaq, sosial məsafənin gözlənilməsi prosesi yüksək səviyyədə aparılır:

"Sərnişin sıxlığı günün müəyyən saatlarına görə dəyişir. Sərnişinlər stansiyalara daxil olarkən sosial məsafənin qorunmasına, tibbi maskaların burnun üzərini tutacaq şəkildə taxılmasına diqqət etməlidirlər. Bizim əməkdaşlar da qaydalara əməl olunmasına nəzarət edirlər. Belə olan halda metroda hər hansı problemin yaşanmayacağına ümid edirik”.

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?