• 25 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8692 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2984

Dönərxanalarla bağlı yeni layihənin icrasına başlanılır

11:16 15/09/20 | İqtisadiyyat

Dönərxanalar kiçik obyektlər olduğundan onların bir çox hallarda standartlara uyğunlaşdırma baxımından dəstəyə ehtiyacları olur.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, AQTA ölkə rəhbərliyi tərəfindən təsis edildikdən sonra qida təhlükəsizliyi üzrə standartların tətbiqi ilə bağlı araşdırmalar aparır: “Təhlillər nəticəsində məlum oldu ki, dönərxanalar kiçik obyektlər olduğundan bir çox hallarda standartlara uyğunlaşdırma baxımından dəstəyə ehtiyacı olur. Nümunəvi dönər bizneslərinin yaradılması layihəsi çərçivəsində seçilmiş dönər biznesi obyektlərində sahibkarların əhaliyə təhlükəsiz məhsul təqdim etməsi üçün dəstəyin göstərilməsi planlaşdırılır. Bu dəstəyə avadanlıqlar, xidmətlər, yenidənqurma işləri daxildir”.

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?