• 28 Oktyabr 2020

Qazaxıstanda ölüm hökmü ləğv edildi

14:57 24/09/20 | Dünya

Qazaxıstanda ölüm hökmü ləğv edilib.

Bununla əlaqədar olaraq BMT-nin mənzil-qərargahında bu ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq pakta İkinci fakultativ protokolunu imzalayıb.

Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı ölüm hökmünün ləğvi ilə bağlı beynəlxalq protokola qoşulduqlarını elan edib.

Qeyd edək ki, Qazaxıstanda ölüm hökmünün icrası 2003-cü ildə müvafiq moratoriumun tətbiqi ilə dayandırılmışdı.

Qarabağ Azərbaycana aiddir – İranın nüfuzlu din xadimi



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?