• 28 Oktyabr 2020

Aİ: Koronavirusla bağlı vəziyyət mart ayı ilə müqayisədə daha pisdir

15:29 24/09/20 | Dünya

İndi Avropa İttifaqının bəzi ölkələrində koronavirus pandemiyası ilə bağlı vəziyyət mart ayında yoluxmanın pik nöqtəsi ilə münasibətdə daha pisdir.

Bunu səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakidis mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu vəziyyət böyük narahatlıq doğurur.

O bildirib ki, Aİ ölkələrində və Böyük Britaniyada avqust ayından başlayaraq koronavirusa yoluxma sayı kəskin artır.

Qeyd edək ki, bu günədək Avropada 4,6 milyondan çox şəxs koronavirusa yoluxub, 218 402 nəfər ölüb.

Qarabağ Azərbaycana aiddir – İranın nüfuzlu din xadimi



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?