• 28 Oktyabr 2020

İranda koronavirusdan ölənlərin sayı 25 min nəfəri keçib

16:18 24/09/20 | Dünya

İranda ötən sutka ərzində 175 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da bu virusdan ölənlərin sayı 25 015 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 521 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 436 319 nəfərə çatıb. Virus daşıyıcılarından 3 957 nəfərin vəziyyəti ağırdır. İranda indiyədək 367 829 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,85 milyondan çox diaqnoz testi həyata keçirilib.

Paşinyan döyüş meydanında qalan hərbçilərinin meyitlərini götürməkdən qorxur - Ekspert



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?