• 28 Oktyabr 2020

YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycanın incisi: Xalçaçılıq

14:16 25/09/20 | Mədəniyyət

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycanın inciləri haqqında informasiya məktublarını hazırlamağa davam edir.

MKS-dan Azadaz.com-a bildiriblər ki, Kitabxana tərəfindən hazırlanan növbəti informasiya məktubu YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş xalçaçılıq haqqındadır.

Qeyd edək ki, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə tanınması işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Təqdim edilən informasiya məktubunda “Xalça sənəti”, “Azərbaycan xalçaları”, “Dünyanın ən qədim xalçası”, “Xalçanın növləri”, “Müasir xalçalar”, “Xalça bayramı”, “Dində xalça”, “Xalça muzey və şəxsi kolleksiyalarda” başlıqları altında məlumatlar toplanmışdır. İnformasiya məktubunda hər bir məlumata əsasən fotolarda yerləşdirilmişdir.

Yasamal rayon MKS-i mütəmadi olaraq YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan mədəni incilər haqqında məlumatları virtual oxuculara təqdim edəcək.

Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?