• 28 Oktyabr 2020

 Masallıda uşaq bağçasının tikintisi davam etdirilir

15:10 25/09/20 | Sosial

Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi sürətlə davam edir.

Azadaz.com xəbər verir ki, Masallı şəhər Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 1 iyul 2020-ci il tarixdən başlanıb. İkimərtəbəli bağçada uşaqların əylənməsi üçün hər cür şərait yaradılacaq.

Binanın tikintisi başa çatdırılıb, üstünün dam örtüyü vurulub, binanın çöl hissəsinin bütün bəzək işləri və pəncərələri vurulub qurtarıb. Hazırda binanın daxilində görüləcək işlərə başlanılıb.

Tikinti obyektində işlər gündən-günə sürətlənir.

Əlihüseyn ŞÜKÜROV

Polis əhaliyə müraciət edib: Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?