• 28 Oktyabr 2020

Masallıda yeni dərs ili, yeni tələblər

15:42 25/09/20 | Təhsil

Yeni dərs ili başlanan gündən Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və əməkdaşları rayonun 44 məktəbində olublar.

Azadaz.com-a verilən məlumata görə, əməkdaşlar təhsil müəssisəsində olarkən mövcud vəziyyətlə tanış olmuş, ara məsafəsi saxlamış, pandemiya şəraitində dərslərin keçirilmə formasını müşahidə etmiş və müvafiq tapşırıqlarını vermişlər.

Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov bidirmişdir ki, məktəb rəhbərlərinə tədris və təlim-tərbiyə prosesinin xüsusi karantin rejinin tələblərinə uyğun təşkili, təhsilalanların mütəmadi olaraq “Dərs vaxtı” teledərslərinə və “Virtual məktəb” layihələrinə qoşulmalarına nəzarət etmək, aidiyyati dövlət qurumları ilə birlikdə təhsil müəssisələrində dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi həyata keçirilməsi tapşırılmışdır.

Əlihüseyn

 

Əsirlikdə olan vətəndaşlarının taleyi, həlak olanların meyitləri Ermənistanı maraqlandırmır - Qafqazşünaslıq İnstitutu



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?