• 28 Oktyabr 2020

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib

15:53 25/09/20 | Elm

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “2020-ci ildə Əlyazmalar Fonduna daxil olan yeni əlyazma və çap kitablarının qeydiyyatına dair” mövzusunda elmi-praktik seminar keçirilib.

Azadaz.com-a verilən xəbərə görə, tədbiri fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov açaraq bu elmi quruma cari ildə 60 qədim əlyazma və çap kitabının daxil olması haqqında məlumat verib. O, bildirib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə edilən əlyazma və çap kitablarının içərisində dəyərli nümunələr vardır.

Diqqətə çatdırılıb ki, “Ənvari-şühəda”, “Zinətül-məcalis”, “Əhsənul-qisəs”, “Qurban bayramı”, “Kitabi-əl bəyan”, “Coğrafiya”, “Dünyanı sarsıdan on gün”, “Nəbatat” adlı əlyazma və çap kitabları bu qəbildəndir.

Fərman Xəlilov qeyd edib ki, həmin əlyazma və çap kitabları üzərində gələcəkdə araşdırmaların aparılması nəzərdə tutulub.

Daha sonra fondun şöbə müdirləri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və elmi işçi Kübra Vəliyeva çıxış edərək yeni əlyazma və çap kitablarının qeydə alınması, onlara gigiyenik xidmət göstərilməsi, naqis kitabların bərpa olunması, ilkin elmi rəylərin yazılması, kataloqlaşdırılması ilə bağlı ətraflı məlumat veriblər.

Bu gün yayılan videolardan da aydın görünür ki, Bərdədə törədilən qətliamın qisası layiqincə alınıb - Deputat



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?