• 23 Oktyabr 2020

Qaxın turizm marşrutu məişət tullantılarından təmizlənib

12:50 26/09/20 | Mədəniyyət

Sentyabrın 25-də Qaxın Ləkit kəndində yerləşən Mamırlı şəlaləsinin ərazisində Şəki Destinasiya Menecmenti Təşkilatının təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təmizlik aksiyası keçirilib.

Azadaz.com xəbər verir ki, Ümumdünya Turizm Günü ilə əlaqədar təşkil olunmuş aksiya çərçivəsində kənddən şəlalə istiqamətinə gedən yol və şəlalənin ətraf əraziləri məişət tullantılarından təmizlənib.

Şəki Destinasiya Menecmenti Təşkilatı tərəfindən hazırlanmış təmizliyə riayət edilməsi və ətraf mühitə qarşı daha diqqətli olunması ilə bağlı xəbərdarlıq lövhələri, yol nişanları və zibil konteyneri kənd ərazisində yerləşdirilib.

Pandemiya dövründə təmiz və sağlam mühitdə istirahət etmək, turizm maşrutlarının təmizlənməsi və təmiz saxlanılması məqsədini daşıyan aksiyada turizm könüllüləri və kənd icra nümayəndələri iştirak ediblər.

Təmizlik aksiyasının digər məqsədi ziyarətçiləri təmizliyə riayət etməyə təşviq etmək, məlumatverici lövhələrlə təbiət abidəsinin əhəmiyyətini sakinlərə və turistlərə çatdırmaq, xarici və yerli turistlərin ərazidə hərəkətini asanlaşdırmaqdır.  

Qeyd edək ki, Mamırlı şəlaləsi Qaxın Ləkit kəndinin ən çox ziyarət olunan hissələrindən biridir. Şəlalə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Qax Təbiət Abidəsi olaraq dövlət tərəfindən qorunur.

Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə telefonla danışıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?