• 28 Oktyabr 2020

Özbəkistan portalı Ermənistanın təxribatları ilə əlaqədar materiallar verib

09:00 28/09/20 | Dünya

Özbəkistanın kun.uz portalı Ermənistanın təxribatları ilə əlaqədar özbək dilində materiallar verib.

Azadaz xəbər verir ki, “Dağlıq Qarabağda yeni gərginlik: Əsas məlumatlar” sərlövhəli məqalədə sentyabrın 27-də səhərdən başlayan Ermənistanın təxribatları və Azərbaycan ordusunun cavab tədbirləri görməsi nəticəsində müharibənin birinci günündəki parlaq qələbəsi haqqında geniş söhbət açılıb.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin televiziya ilə xalqa müraciəti haqqında ətraflı məlumat verilib. Dövlət başçısı müraciətində deyib: “Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur”.

Materialda Ermənilərin bugünkü təxribatları və Dağlıq Qarabağın tarixi haqqında da məlumat verilir.

Portal “Türkiyə Ermənistanla münaqişədə Azərbaycana dəstək verir” sərlövhəli məqaləsində isə bildirir ki, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın deyib: “Ankara Ermənistanın Azərbaycana olan son təxribatlarını da ittiham edir. Türkiyə Azərbaycanın yanındadır”.

Qulu Kəngərli

Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?