• 22 Oktyabr 2020

Çin KİV-ləri Ermənistanın cəbhədəki təxribatı barədə xəbərlər yayıb

12:30 28/09/20 | Dünya

Çinin nüfuzlu kütləvi informasiya vasitələri Ermənistan Respublikası silahlı qüvvələrinin təmas xəttində atəşkəs rejimini kobud şəkildə pozaraq, növbəti dəfə təxribat törətməsi və Azərbaycan Ordusunun cavab tədbirləri həyata keçirməsini diqqətdə saxlayıb.

Azadaz xəbər verir ki, milli xəbər agentliyi Sinxua, rəsmi "Jenmin Jibao" qəzeti, nüfuzlu “China Daily” qəzeti və digər KİV-lər Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycanın Müdafiə Nazirliyinin mövzu ilə bağlı açıqlamalarına geniş yer veriblər.

Çin KİV-ləri Azərtac-ın hadisələr barədə xəbərlərinə istinadla yazır ki, Azərbaycanın əks-həmlə tədbirləri zamanı Ermənistanın 12 ədəd zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Çin mətbuatının mövzu ilə bağlı xəbərlərində Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması barədə məlumat verilib, BMT-nin Baş katibi Antonio Quterreşin müvafiq açıqlaması, Rusiya Xarici İşlər nazirinin Azərbaycan, Ermənistan və Türkiyə xarici siyasət idarələri rəhbərləri ilə telefon danışığına da toxunulub.

Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verən Çin KİV-ləri qeyd edir ki, keçmiş Sovet İttifaqı dağıldığı dövrdə müharibə başlayıb və Ermənistan Azərbaycana məxsus ərazinin bir hissəsini işğal edib. 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, təmas xəttində mütəmadi toqquşmalar qeydə alınır.

Şahin Cəfərov

Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?