• 22 Oktyabr 2020

Mərakeş nəşri Qarabağda hərbi əməliyyatlar barədə yazıb

13:30 28/09/20 | Dünya

Mərakeşin məşhur “hespress.com” internet portalının və onlayn qəzetinin fransız dilində yayılan versiyasında “Qarabağda hərbi əməliyyatlar: Azərbaycan və Ermənistan müharibə həddindədir” sərlövhəli məqalə dərc edilib.

Azadaz xəbər verir ki, məqalə bu sözlərlə başlanır: “Bu gün Azərbaycan Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən dəstəklənən separatçıların silahlı hücumlarının səslərindən oyanıb. Azərbaycan ordusu ilə separatçılar arasında döyüşlər nəticəsində dinc sakinlər və hərbçilər həlak olub”.

Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən dəstəklənən separatçılar döyüş əməliyyatlarına başlayandan sonra Azərbaycan-Ermənistan münasibətlərində gərginlik son həddə çatıb.

“hespress.com” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev döyüş əməliyyatlarının Azərbaycanın qələbəsi ilə başa çatacağını vəd edib.

Azərbaycan Prezidenti Milli Televiziya ilə çıxışında deyib: “Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, düşmənə sarsıdıcı zərbələr endirir. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”.

Ermənistan ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.

Qarabağda döyüş əməliyyatları beynəlxalq aləmdə əks-səda doğurub. Bir sıra ölkələrin, o cümlədən Rusiya və Fransanın rəhbərləri tərəfləri dərhal atəşkəsə çağırıblar.

Məqalədə Türkiyənin Müdafiə naziri Hulusi Akarın bəyanatı sitat gətirilir: “Ankara Yerevanı təcavüzə son qoymağa çağırır. Türkiyə azərbaycanlı qardaşlarını öz ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə hər vasitə ilə dəstəkləməyə hazırdır”.

https://fr.hespress.com/167115-combats-au-karabakh-lazerbaidjan-et-larmenie-au-bord-de-la-guerre.html

Nigar Cəfərli

Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?