• 28 Oktyabr 2020

ABŞ Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyəti müşahidə edir

14:15 28/09/20 | Siyasət

ABŞ Prezidenti Donald Tramp sentyabrın 27-də brifinqdə bəyan edib ki, ABŞ hakimiyyət orqanları Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyəti müşahidə edir. Trampın sözlərinə görə, ABŞ bu münaqişənin genişlənməsini dayandırmağa çalışacaq.

Xatırladaq ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat əməliyyatları həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca yerləşən mövqelərini və Azərbaycanın cəbhəyanı zonadakı yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Azərbaycan ordusu düşmənin bu təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücuma keçib. Nəticədə bəzi kəndlər işğaldan azad edilib, strateji yüksəkliklər tutulub.

BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin işğalını pisləyən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri barəsində beynəlxalq birliyin mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar erməni işğalçı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən onlarca qətnamə qəbul ediblər.

Azərtac-ın Vaşinqton bürosu

Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?