• 22 Oktyabr 2020

Misir mətbuatı Ermənistanın hərbi təxribatından yazır

14:45 28/09/20 | Dünya

Misir mətbuatı Ermənistanın Azərbaycan ərazilərində davam edən hərbi təxribatı barədə materiallar dərc edib.

Bu ölkənin “Cairo24”, “Alhwar” , “Aldawlanews”, “Elhayaanews”, “Elwatannews”, “Aldiplomasy” internet portalları Azərtac-a istinadla Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini və Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sitatları yayıblar.

Misir KİV-ləri, həmçinin Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamalarına, Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına və Xarici İşlər Nazirliyinin bəyanatına da yer veriblər.

Oqtay Bayramov

Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?