• 22 Oktyabr 2020

Qırğızıstanın portalları Azərbaycan Prezidentinin xalqa müraciətini yayıb

15:15 28/09/20 | Dünya

Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Azərtac-a istinadla Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini və Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ilə bağlı məqalə yayıb.

Yazılarda dövlətimizin başçısının çıxışlarından sitatlar verilib, Ermənistanın ölkəmizə qarşı təxribatlar törətdiyi və Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirdiyi qeyd olunub. Bildirilib ki, Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçib və əməliyyat uğurla davam edir.

Materiallarda, həmçinin Prezident İlham Əliyevin Tovuz döyüşləri ilə bağlı fikirlərinə də yer verilib: “Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar”.

Qulu Kəngərli

Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?