• 28 Oktyabr 2020

Azərbaycanda qismən səfərbərlik elan edilib

15:45 28/09/20 | Gündəm

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Azadaz xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?