• 28 Oktyabr 2020

Əfqanıstan Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləyib

15:35 28/09/20 | Dünya

Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda Ermənistan ilə Azərbaycan arasında davam edən toqquşmalara görə narahatlığını, bu münaqişə nəticəsində insan tələfatı və maddi itkilərlə əlaqədar təəssüfləndiyini bildirib.

Əfqanıstan xarici siyasət idarəsinin saytında dərc edilmiş sənəddə deyilir: “Dağlıq Qarabağ regionu beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan xalqının, Azərbaycan hökumətinin və dünyanın digər ölkələrinin bununla əlaqədar səylərini dəstəkləyir”.

Bəyanatda vurğulanır ki, Əfqanıstan XİN “atəşkəs rejimini bərpa etməyə və regionda çoxdan davam edən böhranı dinc yolla nizamlamağa çağırır”.

Düşmən Tərtər rayonunun ərazisini raket atəşinə məruz qoyub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?