• 23 Oktyabr 2020

Cəbrayılda ermənilər tarixi abidələri dağıdıb, qanunsuz kənd təsərrüfatı ilə məşğul olublar

10:42 09/10/20 | Mədəniyyət

“Azersky” peyki vasitəsilə əldə olunmuş təsvirdən məlum olur ki, 27 il ərzində işğal altında olan Cəbrayıl şəhərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb.

Bununla bağlı “Azersky” peyki vasitəsilə əldə olunmuş təsviri “Azərkosmos” ASC yayıb.

Məlumata görə, həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyətləri həyata keçirilib.

Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyəti hələ ki Azərbaycanın digər işğal altında olan torpaqlarında davam edir. “Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

“KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsindən danışmaq düzgün deyil” - Rusiya XİN başçısının müavini



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?