• 3 Dekabr 2020

Ermənistanda faşizm dövlət siyasətinə çevrilib: Nasist deputatların erməni sevgisi

13:31 22/10/20 | Dünya

Bu günlərdə Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının (AfD) 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər. Qeyd edək ki, AfD” Almaniyada olduqca mənfi imicə malikdi. Bu partiyanın əsas məqsədlərindən biri, Almaniyanı "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarətdir.

Təbii ki, AfD üzvlərinin səfəri Azərbaycanın öz əzəli torpaqlarını azad etməsi ərəfəsində baş tutmasının arxasında digər kirli, hiddət doğuran məqamlar da var. Bu məqamların hər birinin kökündə islamafobiya, ksenofobiya, iqrçilik kimi amillərin dayandığı sirr deyil. Daha dəqiq desək, neofaşistlik, nasizm siyasətini özünə xətt seçən, milyonlarla insanların həyatına son qoymuş Adolf Hitlerin “Mein Kampf” kitabını ideoloji prinsipi olaraq təqdim edən “AfD”nin terrorçu Ermənistanla aşkar iş birliyinə getməsi bilavasitə terrora dəstək vermək məqsədinin bariz sübutudur. Yəni bu gün Ermənistan Gəncə də daxil olmaqla, Azərbaycanın dinc şəhərlərini, cəbhədən kilometrlərlə kənar yaşayan mülki əhalisini hədəfə alırsa, bu şəhərləri və insanları ortamənzilli, dağıdıcı raketləri ilə viran qoyub, qətlə yetirirsə, bu məqamda adıçəkilən nasist alman deputatları da “dqr”ə səfər edirlərsə, demək ki, terrora dəstək verirlər. Halbuki, artıq beynəlxalq təşkilatlar, ayrı-ayrı nüfuzlu siyasi xadimlər, ölkə liderləri baş verənləri pisləyərək, hiddətlərini bəyan ediblər. Bu isə həm də belə bir nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, “AfD” partiyasını təmsil edən deputatların məlum səfərləri Almaniyanın rəsmi mövqeyi hesab edilə bilməz. Belə ki, Almaniya dövlət olaraq, Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanıdığını bəyan edir.

Ancaq bu da faktdır ki, “AfD” təmsilçiləri işğalçı Ermənistanın terror, təcavüzkarlıq siyasətini dəstəkləyən ilk addımlarını atmırlar və bu partiyanın təmsilçiləri daha əvvəllər də istər Ermənistan, istərsə də “dqr”lə sıx təmaslarını qurublar. Hətta yüz minlərlə insanın qanını tökən, faşist Almaniyasının hərbi-siyasi rəhbərliyinin sağ əli hesab edilən Qaregin Njdenin abidəsi önündə baş əyib, qarşısında təzim də ediblər...

Təsadüfü deyil ki, bu cür nasist yanaşmalar hər zaman Ermənistanın özündə də geniş şəkildə təbliğ edilib. Millətçilik, diktatura, irqçilik, genişlənmə, antisemitizm... Bütün bunlar Ermənistanın illərdir yürütdüyü siyasətin tərkib hissəsi olub. Monoetnik ölkə olan Ermənistanın belə çətin günlərdə ənənəvi təcrübələrə müraciət etməsi halları sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı bir daha özünü göstərdi. Belə ki, dinc əhalinin sıx yaşadığı ərazilərin, mülki obyektlərin, hətta cəbhə bölgəsindən aralıda yerləşən şəhərlərimizin raket atəşinə tutulması müharibə cinayəti olmaqla Ermənistanın yürütdüyü faşizm siyasətinin tərkib hissəsi kimi bu günlərdə də özünü göstərir…

“AfD”çilər işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar. Məsələn, Baden-Vürttemberq Landtaqının üzvü kimi hələ 2017-ci ildə Dağlıq Qarabağa qanunsuz səfər etmiş və hazırda Avropa Parlamentinin deputatı olan Lars Patrik Berq Ermənistana səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində Dağlıq Qarabağı "xristianlığın beşiyi” və "xristian inancının qalası” adlandırıb.

Maraqlı məqam isə həm də budur ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan alman KİV-i belə terrorçu, işğalçı Ermənistanla “AfD” arasındakı əməkdaşlığına tənqidi mövqedən yanaşıb. Habelə onlar “AfD”çilərin qanunsuz səfərləri barədə məhz Azərbaycanın maraqlarına xidmət edən informasiyalar yaymaqla haqq və ədalətin yanında olduqlarını sərgiləyiblər.

Görünən həm də budur ki, “AfD”çilərin beynəlxalq hüquqa hörmətsizlik etməsi, başqa ölkələrin qanunlarını pozması və onların ərazi bütövlüyünü şübhə altına alması alman mətbuatı tərəfindən həvəslə qabardılır və sərt şəkildə tənqid olunub. Çox yəqin ki, bu dəfə də belə olacaq.

Dəmir QURBANLI

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?