• 3 Dekabr 2020

Qisas  ağacı

13:50 22/10/20 | Gündəm

Şikar MƏSTƏLİ

 

Bir qisas ağacı bitib içimdə,

Qəzəb qol-budağı, şaxəsi mindir.

Çırpıb meyvəsini "ərməğan" kimi,

Düşmən süfrəsinə tökəcəm indi!

 

Cırıb tökəcəyəm şəri, yalanı,

Xəyanət, iftira, qırğın, talanı,

Qanla suvadığı mənfur qalanı,

Daş-daş, kərpic-kərpic sökəcəm indi!

 

Daha güvənməsin özgəyə yağı,

Vaxt çatıb üzülür yerdən ayağı,

Zirvədən qıy vurub qartalsayağı,

Murdar sinəsinə çökəcəm indi! 

 

Gəlmişəm, ay ana

(Vətən Müharibəmizin 20-ci günü)

Səni ziyarətə gəlmişəm, ana,

Bağışla, gəlişim yaman uzandı.

Qəbrinin üstündə əkdiyim agac

Suvara bilmədim qurudu, yandı.

 

Sərgərdan dolaşıb illərdir ruhun,

Gözün yolda qalıb, qulağın səsdə.

Gəlmişəm diz çöküb səksən yaşımda,

Göz yaşı axıdam məzarın üstə.

 

Gəlmişəm sinəmi sürtüm daşlara,

Verim kəhrizlərlə dodaq-dodaga.

Gəlmişəm ruhundan üzr diləyib,

Yenidən qovuşam doğma torpağa.

 

Qarabağ qurtarır yad tapdağından

Baş qaldır, topların səsini dinlə

Gəlmişəm ay ana, ayağın altda,

Torpağa sığınam, yatam səninlə.

 

Vətənin qeyrətli oğulları var,

Yeni tarix yazır bu gün ordumuz.

Qoymazlar yad girə torpağımıza,

Narahat dolaşa bir də ruhunuz.

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?