• 26 Noyabr 2020

Ukrayna mediası Zəngilan şəhərində ermənilərin məscidi donuz tövləsinə çevirməsindən yazıb

13:50 23/10/20 | Xarici Siyasət

Ukraynanın “news.24tv.ua” portalında Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi Zəngilan şəhərində ermənilərin məscidi donuz tövləsinə çevirməsi ilə bağlı məqalə dərc olunub.

Azadaz.com-un xəbərinə görə, məqalədə bildirilib ki, Zəngilan şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri ermənilərin məscidi dağıtdıqlarını və oranı donuz tövləsi kimi istifadə etdiklərini aşkar ediblər.

“Yeri gəlmişkən, Zəngilan rayonu Dağlıq Qarabağa daxil deyil və burada həmişə əsasən azərbaycanlılar yaşayıb. Ancaq Ermənistan Zəngilan rayonunu da işğal edib. Məscidin dəhşətli vəziyyətini əks etdirən videolar artıq sosial şəbəkələrdə yerləşdirilib. Görüntülərdə məscidin demək olar ki, dağıldığı və onun qalıqlarında sadəcə bir neçə donuzun olduğu görünür.  Düşmənin dini abidəyə olan barbar münasibətindən hətta hərbçilərin də şoka düşməsi diqqət çəkir”, - deyə məqalədə qeyd olunub. 

Azərbaycanda son sutkada 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?