• 26 Noyabr 2020

“KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsindən danışmaq düzgün deyil” - Rusiya XİN başçısının müavini

14:18 23/10/20 | Dünya

“Hələ ki, münaqişə Dağlıq Qarabağ ərazisində gedir və Ermənistan ərazisinə keçməyib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsindən danışmaq düzgün deyil”.

Bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.

“Ermənistandan rəsmi sorğu gəlməyib. KTMT üzv dövlətlərə müəyyən vəziyyətlərdə, açıq-aşkar təcavüz olanda kömək edir. Hələlik söhbət Dağlıq Qarabağdan gedir, hansı ki, həmin ermənilər tərəfindən ora öz əraziləri kimi tanınmayıb və yəqin ki, tanına da bilməz. KTMT-nin müdafiə potensialının müdaxiləsindən danışmaq düzgün deyil”, - deyə rusiyalı nazir müavini vurğulayıb.

Azərbaycanda son sutkada 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?