• 3 Dekabr 2020

Gəlin, hər iki düşmənə birlikdə qalib gələk!

12:40 27/10/20 | Gündəm

Azərbaycan vətəndaşı eyni anda iki düşmənə - COVID-19 və
erməniyə qarşı mübarizə aparır

Nazirlər Kabineti yanında operativ qərargahın karantinlə bağlı qərarları hələ də qüvvədədir. Bir müddət əvvəl Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik etdi. Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, bəzi rayonlara və hətta kəndlərə giriş-çıxış dayandırılıb. Burada məqsəd ölkəmizdə maksimum az xəstələnmənin qeydə alınmasıdır ki, bu da təqdirəlayiqdir.

Son statistikaya əsasən, Azərbyacanda bu xəstəlikdən ölənlərin sayı 679 nəfər, ümumi yoluxanların sayı 50.486  nəfər, ümumi sağalanların sayı 41.410  nəfər təşkil edir. Ötən gün daha 527 yeni yoluxma faktı qeydə alınıb. Eyni zamanda, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Statistikaya nəzər saldıqda, son günlər həm dünyada, həm də Azərbaycanda COVID-19-la bağlı yoluxmanın artıma doğru getdiyi müşahidə olunur. Təəssüf ki, bunun səbəbi insanların məsuliyyətsiz davranışı, sosial məsafə saxlanmamasıdır. Düşünmək lazımdır ki, bu xəstəliyə qalib gəlməyin tək bir yolu var: sadə qaydalara əməl etmək...

Son günlər Azərbaycanda hərbi vəziyyətlə əlaqədar hər kəsin fikri müharibəyə yönəlib. Digər ciddi təhlükəyə səbəb olan koronavirus yaddan çıxıb. Azərbaycan vətəndaşı eyni anda iki düşmənə - COVID-19 və erməniyə qarşı mübarizə aparır. Elə buna görə hərbçilərlə, xüsusən bölgələrdə olanlarla görüşməmək lazımdır. Çünki onlarla sıx təmas yoluxmaların sayının artmasına, gələcəkdə əsgərlərin, zabitlərin yoluxmasına səbəb ola bilər. Nəticədə, xəstəxanalarda həkim, çarpayı qıtlığı yarana bilər. Hazırda döyüşçülərimizin sağlamlığı təkcə tibbi məsələ deyil, ordumuzun qələbəsi bundan asılıdır.

Ekspertlər koronavirusla mübarizədə həyəcan təbili çalmaqdadır və infeksiyanın ikinci dalğasının başlanması ilə bağlı xəbərdarlıq edirlər. Gəlin, hər iki düşmənə birlikdə qalib gələk. Qarabağın tezliklə azad edilməsini istəyirsinizsə, birinci özünüzü qoruyun! 

Tofiq SEYİDOV

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?