• 25 Noyabr 2020

Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb

15:52 27/10/20 | Dünya

Rusiyada koronavirusa qarşı ikinci vaksinin istehsalı başlayıb.

Bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Nəzarət Xidmətinin rəhbəri Anna Popova deyib.

O bildirib ki, “Vektor” mərkəzinin hazırladığı “EpiVakKorona” preparatının ilin sonunadək müəyyən həcmdə istehsalı gözlənilir.

Qeyd edək ki, “EpiVakKorona” preparatının sınaqları sentyabrın 30-da başa çatıb. Vaksin oktyabrın 14-də qeydiyyata alınıb.

Avqust ayında Rusiyada “Sputnik V” vaksini qeydiyyata alınmışdı.

Azərbaycanda son sutkada 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?