• 3 Dekabr 2020

Əsirlikdə olan vətəndaşlarının taleyi, həlak olanların meyitləri Ermənistanı maraqlandırmır - Qafqazşünaslıq İnstitutu

12:53 28/10/20 | Siyasət

Azərbaycan həlak olanların meyitlərinin dəyişdirilməsi, girovların, əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəsin olmasına razılıq versə də, Ermənistan hər dəfə onları kobudcasına pozur.

Bunu AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, indiyədək Ermənistan əsirlərin və saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ermənistan əsirlərinin, meyitlərinin qaytarılmasının marağında deyil və əsirlikdə olan vətəndaşlarının taleyi, həlak olan vətəndaşlarının meyitləri onları maraqlandırmır.

R.Dadaşova qeyd edib ki, humanitar atəşkəs rejiminin pozulmasına görə yalnız Ermənistan məsuliyyət daşımır. Azərbaycanı atəşkəs rejiminə razı salan dövlətlər də işğalçı dövləti dəstəklədikləri üçün məsuliyyət daşıyırlar:

“Oktyabrın 26-da səhər saat 8:00-dan humanitar atəşkəsin olacağı bildirilsə də, Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini, eləcə də Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisini artilleriyadan atəşə tutdular. Həmçinin, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən rayonlarındakı mövqelərimiz atəşə məruz qaldı. Ermənistanın atəşkəs etməkdə məqsədi odur ki, vaxt əldə etsin, silah, güc toplasın. Azərbaycana təzyiq edən dövlətlərin məqsədi təcavüzkar, terrorçu Ermənistanı məğlubiyyətdən xilas etməkdir. Ermənistan atəşkəsi pozduğu üçün məsuliyyət daşıdığı kimi, Azərbaycana təzyiq edərək atəşkəs rejiminə razı salan dövlətlər də işğalçı dövləti dəstəklədikləri üçün məsuliyyət daşıyırlar”.

R.Dadaşova əlavə edib ki, Ermənistan atəşkəs ərzində silah daşımaqda davam edir və bundan həmin dövlətlərin xəbəri var.

O hesab edir ki, əgər həmin dövlətlər münaqişənin nizama salınmasını istəyirlərsə, Ermənistandan atəşkəsə riayət etməyi və təyin edilmiş tarix ərzində silahlı qüvvələrini işğal etdiyi ərazilərdən çıxarmasını tələb etməlidirlər:

“Azərbaycan ədalətli mübarizə aparır, erməni işğalçılarının torpaqlarımızdan çıxarılmasını tələb edir. Prezident İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuza davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər, rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük” - deyərək Azərbaycanın mövqeyinin ədalətli olduğunu bir daha vurğuladı”.

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?