• 29 Noyabr 2020

İdman həyatdır

11:12 05/11/20 | İdman

Çoxdan səbirsizliklə gözlədiyimiz gün nəhayət ki, gəlib çatdı. Yaxın dostum, Dəniz Nəqliyyat Donanması Həmkarlar İttifaqı Komitəsinin sədri Abdulla Atakişiyevin “İdman  həyatdır” adlı növbəti kitabı nəhayət ki, bu günlərdə nəşr olunaraq işıq üzü gördü.

“İdman həyatdır” nəşri müəllifin sayca üçüncü kitabıdır.

1985-ci il tarixdən etibarən müxtəlif mətbuat səhifələrində bir-birindən maraqlı, cəmiyyətin və ailənin problemli məsələlərindən bəhs edən məqalələrlə çıxış edən müəllif - Abdulla Atakişiyev nəhayət ki, məsləhətlərimizə qulaq asdı. O, 2003-cü ildən başlayaraq müxtəlif dövrlərdə həvəskar idman mövzusunda yazıb ərsəyə gətirdiyi əsərləri bir kitaba sıxışdırdı.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabda müəllif müxtəlif dövrlərdə yazdığı məqalələrdə həvəskar idmana öz baxış prizmasından baxır və uzun illərin sınağından çıxmış şəxsi təcrübəsinə əsaslanaraq idmana öz təcrübəsini bildirir. Yəni, müəllifin növbəti “İdman həyatdır!” adlı bu kitabı təsadüfən ərsəyə gəlməyib. İdman lap kiçik yaşlarıından onu özünə cəlb edib və maraq dairəsinə salıb.

Xatırladım ki, aylar, illər ötdükcə müəllif idmana, idmançılara olan özünəməxsus münasibətini, cəmiyyətdə, ailədə, ətrafımızda idmanla əlaqədar baş verən hadisələrlə rastlaşaraq, daim onu narahat etmiş, düşündürmüş və nəhayət, idman, xüsusən də həvəskar idman haqqında vaxtaşarı öz  düşüncələrini, fikirlərini, münasibətini bildirməyə, müxtəlif mətbuat səhifələrində oxucuları ilə bölüşməyə vadar etmişdir.

Dərmansız yaşamaq olar, ancaq idmanı unutmaq olmaz. “Mən  marafon qaçıram”, “Fiziki hərəkət güc, enerji həyat mənbəyidir”, “Həyat  mənbəyi, Turnik və mən”. Müəllif xatırladır ki, “60-dan sonra yaşanan dolğun və mənalı ömür”, “Mən velosiped sürürəm”, “Pəhləvan, Delfin,  Bryus Li, Dəyənək”, “Arzu həyat  özüdür” adlı mənalı məqalələr müəllifidir.

Əlbəttə, hörmətli və dəyərli oxucu kitabda özünə yer tapmış hər  hansı bir fikirlə, müəlliflə  tam şəkildə razılaşmaya bilər. Bu təbiidir.   Müəllif kitabında idman haqqında hər hansı fikri, düşüncəni qələmə  alır, ona əsaslandırılmış münasibət bildirəndə müəllif oxuduqlarına,  söykənərək öz münasibətini bildirir.

Yəqin ki, kitabın adı da müəyyən dərəcədə oxucularda maraq və sual doğuracaq. Ancaq kitabı səbrlə, təmkinlə oxuduqca, bu sualın cavabı tədricən meydana çıxacaqdır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab oxucuda bir çox idman yönümlü suallara cavab tapacağına inanırıq. Oxucu bu kitabda müntəzəm olaraq həyatda, cəmiyyətdə, idman aləmində qarşılaşdığımız bir çox problem və məsələlər barəsində çox maraqlı, vətənpərvər müəllif münasibəti ilə qarşılaşacaq.

Xatırladaq ki, həvəskar idmanı təbliğ edən müəllif oxucuya çatdırır ki, bu kitabda eyni zamanda halallıq, düzlük, zəhmətsevərlik, vətənpərvərlik, haqq-ədalət, xeyirxahlıq, ailə dəyərlərinə, hörmət ehtiram, əməyə, torpağa, idmana, Vətənə sonsuz məhəbbət aşılanır və təbliğ  edilir.

İnanırıq ki, müəllifin zəhməti hədər getməyəcək. Təqdim olunan bu kitab böyük oxucu rəğbəti qazanacaq.       

Hacı Tofiq SEYİDZADƏ

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?